Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

 Qobustan rayonunda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Belə ki, bu ilin mart ayının 18-də rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürmüşdür.
İş üzrə toplanmış sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}