Dünya çempionatı: Azərbaycanın gimnastika komandası finala vəsiqə qazanıb

 Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə başlayıb.
Şəffaflı.az-ın məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq 5 topla kompozisiyanı yerinə yetirib. Onlar bu alətlə hərəkətlərdə 39,600 xala layiq görülüb.
Daha sonra komanda 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 38,000 xal toplayıb. Komanda iki çıxışın cəminə görə 77,600 xalla 6-cı pillədə qərarlaşıb.
Komanda 5 topla çıxışda 6-cı, 3 top və 2 gürzlə 8-ci yeri tutaraq hər iki hərəkətlərdə finala yüksəlib.
Qeyd edək ki, final oktyabrın 31-də olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}