Şamaxı rayon təhsil şöbəsinin müdiri ümumrespublika yarışlarında finala vəsiqə alan şagirdləri təbrik etdi.-FOTO

 İyunun 29-da Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi keçirilib.
 Şəffaflıq.az bildir ki, bu il ümumrespublika yarışlarında finala vəsiqə alan 12 komanda – Şamaxı, Quba, Salyan, Ucar, Lənkəran, Daşkəsən, Şuşa, Sumqayıt və Bakı şəhəri “Zəngi” liseyi, 220 və 31 nömrəli tam orta məktəblərin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası iştirak edib.
Yarışda Şamaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbinin IX-X sinif şagirdlərinin təmsil etdiyi "Şamaxı" komandası tarixdə ilk dəfə olaraq 12 komanda arasında II yerə layiq görülərək, respublika ikincisi adını qazanmışlar.Şamaxı şagirdlərinə sonda Azərbaycan Respublikası Təhsil, Fövqaladə Hallar və İdman Nazirliyinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim edilib. Qalib şagirdləri,rayon təhsil şöbəsinin müdiri 12 komanda arasında  layiq olduqları ikiciliyə görə təbrik edib.








 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}