Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Şəffaflıq.az-ın məlumatına görə, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxacaq.
O, 1/16 finalda Mert Şişmanlar (Türkiyə) - İliya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.
Xəbəri paylaş
Facebook-da paylaş