Avropa çempionlarımız mübarizəyə başlayır

 Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.
Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və son Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Əzizli və Məmmədov Bolqarıstan, Süleymanov isə Finlandiya təmsilçisi ilə görüşəcək. Azərbaycanın digər 5 yunan-Roma güləşçisi növbəti gün qüvvəsini sınayacaq.
Avropa çempionatı
Yunan-Roma güləşi

23 aprel
55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)
63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)
77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)
Bu gün eyni zamanda qadın güləşində təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.
Qadın güləşi
53 kq
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)
65 kq
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}