Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

   Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Şəffaflıq.az-ın məlumatına görə, onların hamısı kişilərin yarışında çıxış edəcək.
73 kq çəki dərəcəsindəki Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isveçli Tommi Masiasla üz-üzə gələcək.
81 kq çəkidə yer alan Zelim Tçkayev 1/64 finalda qabonlu Terense Kuamba ilə, Murad Fətiyev 1/32 finalda yeni zelandiyalı Elliott Konnolli ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}