Şamaxıda Vətən müharibəsi şəhidi Ziyad Nəriman oğlu Zərbalıyevin anım mərasimi keçirilib.-FOTO

22.10.2021-ci il tarixində Şamaxı şəhərində Şəhid Ziyad Nəriman oğlu Zərbalıyevin il mərasimi keçirilib. 
Şəffaflıq.az xəbər verir ki, il mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov,rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları,   hüquq-mühafizə orqanlarının rəhbərləri,(QMİ) Qazisi Mərəhməd Mustafayev  İsmayıllı regional şamaxı şəhər incəsənət musiqi məkrtəbinin rəhbəri və məktəbin kollektivi, Şamaxı Dövlət Regional Kollecinin rəhbərliyi və kollektivi rayon ağsaqqallar şurasının nümayəndəsi Ağarza müəllim, şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, və ictimaiyyət nümayəndələri iştirak edib.

Bildiririk ki,mərasim mövcud pandemiya qaydalarına  uyğun olaraq  keçirilib.

Ziyad Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub.
 
Şəhid Ziyad Zərbaliyev 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb.
Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ziyad Zərbaliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.
Vahid İsmayılov.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}