"Qarabağ" - "Aberdin" oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

"Qarabağ" və Şotlandiyanın "Aberdin" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 5 min 500 bilet satılıb.
Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}