"Qarabağ"ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.
Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda Dudulange-la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.
UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş