Əsas Səhifə > İdman > "Qarabağ"ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında
"Qarabağ"ın oyunu UEFA-nın "xüsusi matçlar" siyahısında29-10-2019, 21:38 |
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib. Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda Dudulange-la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb. UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib. Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Geri qayıt |