APOEL – “Qarabağ” matçının hakimləri bəlli oldu
“Qarabağ”ın Kiprdə APOEL-lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu üçün bütün təyinatlar açıqlanıb.
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.
Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.
36 yaşlı Şüttenqruber 5 ildir FIFA referisidir. O, indiyədək Azərbaycanın heç bir komandasının oyununu idarə etməyib.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı “GSP Arena”da keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.
Facebook-da paylaş