22 iyul 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib.
Şəffaflıq.az xəbər verir ki,Konfransda Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Həsən bəy Zərdabi İrs mərkəzinin sədri Seymur Bayramov,”Baku post” saytının rəhbəri Elçin Zahiroğlu, “Şəffaflıq” qəzetini redaktoru Vahid Təkani, İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Nurtən Əkbərli, Şamaxı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nuranə Məmmədova və digər qonaqlar iştirak ediblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu öz çıxışında bildirmişdir ki, mətbuat cəmiyyətin aparıcı ictimai institutlarından biridir. Ölkəmizdə milli mətbuatın davamlı inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi ilə bağlı idi. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan milli mətbuatı qabaqcıl ideyaların carçısı, dövrün ictimai-siyasi həyatının güzgüsü olmuşdur. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından danışarkən azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər Ulu Öndər Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür.
”Baku post” saytının rəhbəri Elçin Zahiroğlu çıxış edərək bildirmişdir ki, bu gün qalib ölkəni təmsil edən Azərbaycan mediasının üzərinə çox böyük məsuliyyət düşür. İnformasiya müharibəsinin aparıldığı bir zamanda qabaqcıl texnologiyaların istifadəsi, media məkanında sürətli qloballaşma prosesinin getməsi jurnalistlərin məsuliyyətini daha da artırmışdır. Belə ki, artıq cəmiyyəti daha peşəkar şəkildə məlumatlandırmaq, obyektiv məlumatlar vermək prioritet vəzifələrdəndir.
"ŞƏFFAFLIQ" MEDİA qrupunun rəhbəri Vahid İsmayılov Cənab Pezident İlham Əliyevin mətbuat nümayəndələrinə göstərdiyi qayğını vurğulayaraq təşəkkür etdi.
Sonda Həsən bəy Zərdabi İrs mərkəzinin sədri Seymur Bayramov konfransa Fəxri Xiyabandan qoşularaq tədbir iştirakçılarını salamlamış, görkəmli maarifpərvər, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından məlumat vermişdir, həmçinin konfrans iştirakçıları Həsən bəy Zərdabinin məzarına virtual səyahət etmişdilər.
Şəffaflıq.azŞamaxı şəhəri Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova
Facebook-da paylaş