Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı Yap Gencler Birliyinin təşkilatçılığı ilə Umummmilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq" adlı online-konfrans keçirildi.-FOTOLAR

11.12.2020-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı Yap Gencler Birliyinin təşkilatçılığı ilə Umummmilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq" adlı online-konfrans keçirildi.
 Şəffaflıq.az xəbər verir ki, Konfransda Milli Məclisin deputatı Məlahət İbrahimqızı,Bakı Dövlət Universitetinin tarix-fəlsəfə doktoru Sevinc xanım,İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov,Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev,rayon ümumtəhsil məktəb direktorları və mədəniyyət işçiləri iştirak edirdi.
Tədbiri giriş sözüylə Şamaxı YAP GB-nin sədri Nuranə Məmmədova açıq elan etdi.
Daha sonra çıxış üçün söz verilən deputat Məlahət İbrahimqızı Heydər Əliyevin siyasi irsindən,azərbaycançılıq məfkurəsindən geniş söhbət açdi və qeyd etdi ki ,ölkəmizin bugünkü inkişafı,qələbəsi ilk növbədə xalqımızın Umummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin nəticəsidir.
Mərkəzin direktoru Könül Eyvazova Ulu Öndərin hakimiyyət illərindən bəhs edərək bildirdi ki,məhz Heydər Əliyev müasir Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq müddətdə bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına ,Azərbaycanın tərəqqisinə həsr etmişdir.Dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən ölkəmizi məhz bu dahi şəxsiyyət xilas edərək ictimai-siyasi sabitlıik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Dosent Sevinc xanım çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə uzaqgörən daxili və xarici siyasətilə ölkənin nüfuzunu artırmış,Azərbaycanı dünyanın böyük dövlətləri sırasında tanıtmağa müvəffəq olmuşdur.Müstəqil Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.
Daha sonra çıxışçılar İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, APU-nun Şamaxı rayon filialının prorektoru Şəlalə Seyidova,dekan Qahirə Şahbazova,Şəffaflıq qəzetinin Baş redaktoru Vahid Ismayılov,Şamaxı rayon MKS-nin uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova,İctimai Nızarət Koalisiyasının sədri Rasim Məmmədov,Gənclərin Töhfəsi İctimayi Birliyinin sədri Asim Vəliyev çıxış edərək Umummili liderin siyasi fəaliyyətindən,xalqımızın taleyində oynadığı mühüm roldan onun təhsilə elmə mədəniyyətə göstərdiyi qayģıdan söhbət açdılar

















 Şamaxı rayon Heydər Əliyev Mərkəzinin Direktoru
Könül Eyvazova.
Şəffaflıq.az
.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}