Şamaxıda imkansız ailələrə yardım davam edir

Şəffaflıq.az-ın məlumata görə 28-29 aprel tarixlərində Şamaxı Rayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin təşəbbüsü ilə rayon mərkəzində və rayonun 41 qəsəbə və kəndində yaşayan 125 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir.
Ərzaq paylarının içərisində aşağıdakı ərzaqlar qoyulub.
Mal əti-2 kq, Çay-250 qram, Kərə yağı-1 kq, Qənd-1.8 kq, Un- 10 kq, Kartof-4 kq, Soğan-2 kq.
Təşkilatçılığa görə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyevə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsininin sədri Fatma xanım Quliyevaya, eləcə də bu kompaniyada iştirak edən bütün təhsil işçilərinə təşəkkür edirik.

Əlavə olaraq İnsan Resursları Operativ Qərargahın üzvü və Şamaxı Yap Gencler Birliyinin sədri Məmmədova Nuranə də bu tədbirdə iştirak edib.
P.S. - Arzu edirik ki, bu təşəbbüsə qoşulanlar daha da çox olsun
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}