Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
 Şəffaflıq.az bildirir ki,Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, şagird və müəllim kollektivi iştirak edib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Şahin Mirzəyev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb, insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində ətraflı məlumat verib. O, narkomaniyanın qarşısının alınması ilə bağlı ölkəmizdə qətiyyətli mübarizə tədbirlərinin keçirildiyini qeyd edib.
Tədbirdə narkomaniyanın zərərlərindən bəhs edən videoçarxlar nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}