Şamaxıda "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirilmişdir.

 

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və YAP Şamaxı rayon Gənclər birliyinin birgə təşkilatçllığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirilmişdir.

Konfransda Milli Məclisin deputatı Tamam xanım Cəfərova, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, ADPU-nun Şamaxı filialının direktoru dosent  Tünzalə Yusifova, İsmayıllı RMİ- nin rəis müavini Azər Abbasov, Şamaxı Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ADPU-nun tələbə və müəllim kollektivi də iştirak edirdi.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova açdı və bildirdi ki, müstəqil Azərbaycanın qurucusu və memarı bütün varlığı ilə vətəninə xalqına bağlı olan böyük dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövründə vətən və xalq qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan xalqının taleyi və uğur tarixi məhz Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır.

Sonra çıxış üçün söz hörmətli deputat Tamam Cəfərovaya verildi. Deputat çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycana  iki dəfə rəhbərlik edib. Hər iki dövr Azərbaycan xalqı üçün çətin sınaqların, böyük böhranın yaşandığı dövr olub.

Onu Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkə həyatında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Azərbaycan  SSRİ -nin kasıblıq, qıtlıq içində yaşayan geridə qalmış ölkəsi idi. Amma qısa bir müddət ərzində Ulu öndər Azərbaycanı ittifaqın ən qabaqcıl respublikasından birinə çevirdi.


Tamam xanım Heydər Əliyevin onun taleyindəki müsbət rolundanda, geniş söhbət açdı. Daha sonra çıxış edən Mayıl Alcanov bildirdi ki, Heydər Əliyevi rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli - mənəvi dəyərlərinin  qorunmasına, xalqın adət ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.

Dosent Tünzalə Yusifova  bildirdi ki, Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı. Dahi rəhbər təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub. Heydər Əliyevin ideyaları bu gün prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Daha sonra çıxış edən İsmayıllı RMİ- nin Şamaxı rayon üzrə baş məsləhətçisi Rəfael Tağızadə Ulu öndər Heydər Əliyevin Şamaxı səfərlərindən, YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova isə gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açdı.

Vahid İsmayılopv,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}