Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi keçirilib

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsinin qalibi Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Şirəliyeva Aytac Rövşən qızı olmuşdur.

Qeyd edək ki, Şamaxı rayonu üzrə IX-XI siniflər üzrə müsabiqədə 16 şagird iştirak etmişdir. Müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli həyatı və fəaliyyəti, zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək olub.

Qalib şagirdimizi təbrik edir, respublika mərhələsində uğurlar arzulayırıq. 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}