İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş " Heydər Əliyev və Azərbaycan Xalq Cumhuriyyəti " adlı videokonfrans keçirildi.Videokonfransı Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova açıq elan edərək bildirmişdir ki, 1918-ci ildə Şərqdə ilk deçokratik respublika Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 103 il ötür. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verərək demişdir : " Azərbaycan Xalq Cumhuriyyəti qısa zamanda çox işlər gördü.İlk dəfə olaraq müsəlman şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi və gördü"
20-ci əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu.
Daha sonra Milli Məclisin deputatı Naqif Həmzəyev, Şamaxı RİH- nin başçısının birinci müavini Hikmət Şikarov, İsmayıllı RMİ- nin rəisi Elçin Nəcəfov, 7 saylı Regional Mətbuat Yayım İdarəsinin rəisi Könül Məmmədova, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseyinov, Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova çıxış edərək bildirdi ki, 1918- ci ilin may ayının 28-də qurulan Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Höküməti, dövlət aparatı, təşkil edildi. Ölkənin sərhədi müəyyən edildi, bayrağı, himni bə gerbi yaradıldı, ana dili dövlət dili elan edildi.Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Bildirilib ki, 1920-ci il aprelin 28-də AXC süquta uğrasa da, onun elan etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşdu. Uıu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətınin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynəlxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Azərbaycan dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin fəaıiyyətinin başlıca istiqamətlərindəndir.
Şəffaflıq.az
Facebook-da paylaş