Şəhriyar Məmmədyarovdan iki heç-heçə, bir məğlubiyyət

 İyulun 8-də “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılıb.
Şəffaflıq.azxəbər verir ki, Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla heç-heçə edib. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Dudaya məğlub olub.
Ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 5 xalla yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}