Şamaxıda Şəhid Elvin Abbasovun cənnətdə ilk doğum günü qeyd edilib.FOTO\VİDEO

17 iyul 2021-ci il tarixdə Şamaxı şəhərində  Şəhid Elvin Abbasovun cənnətdə ilk doğum günü qeyd edilib.
 44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan Ordusunun əsgəri olan Elvin Səxavət oğlu Abbasov da var. Yaşasaydı, bu gün 28 yaşı tamam olacaqdı.


Şəffaflıq.az xəbər verir ki,tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Nümayəndələri, Bakı şəhərindən digər rayonlardan şəhid valideyinləri, şəhidin döyüş yoldaşları, ictimayyət nümayəndələri iştirak ediblər.

Vətən uğrunda şəhid olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.


Elvin Abbasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub.
Elvin Abbasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Bu gün doğum gününü cənnətdə qeyd edən şəhidimiz Elvin. Vətənin bütövlüyü uğrunda canından keçən, ölümü ilə ölməzlik qazanan qəhrəman, sənsiz keçən doğum günün mübarək! 

Tədbirdən olan videonu hazırladı:  Operator Məhərrəm Səmədov.


Baş redaktor:  Vahid İsmayılov. 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}