Boliviyada avtobusun dərəyə aşması nəticəsində 21 nəfər ölüb
Boliviyada avtobusun dərəyə aşması nəticəsində 21 nəfər ölüb.
Şəffaflıq.az bildirir ki, bu barədə yerli “Los Tiempos” qəzeti polisə istinadən məlmat yayıb.
Məlumata əsasən, avtobusda 45 sərnişin olub. Ölənlərin sayının artacağı gözlənilir. Belə ki, xilasedicilər hələ bütün sərnişinlərin cəsədlərini aşkar edə bilməyiblər.
Koçabamba şəhərindən gələn avtobusun 70 metr hündürlükdən dərəyə aşdığı bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Xəbəri paylaş
Facebook-da paylaş