Tovuzda avtomobil dərəyə aşıb.

 Tovuzda avtomobil dərəyə aşıb. Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kirən kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "UAZ"ın idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 47 yaşlı Aynur İmamverdiyev, 37 yaşlı Gülanə İmamverdiyeva, 37 yaşlı Gülxoş Yusibova, 39 yaşlı Lalə İmamverdiyeva, 18 yaşlı Azər Qismət oğlu İmamverdiyev, 46 yaşlı Azər Bayran oğlu İmamverdiyev və 46 yaşlı Azad İmamverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}