Əfqanıstanda TERROR! - Dinc sakinlər həlak oldu
Şəffaflıq.az xəbər verir ki, Əfqanıstanın Qəznə vilayətində yola yerləşdirilən bombanın partlaması nəticəsində 10 nəfər dinc sakin həlak olub.
Əfqanıstanın Prezident Aparatının mətbuat katibi Sıddıq Sıddıkinin açıqlamasında Qəznəni Çaqatu rayonuna birləşdirən yola yerləşdirilmiş bombanın dinc sakinləri aparan avtobusun keçdiyi zaman partladığı bildirilir.
Sıddıki Taliban tərəfindən yerləşdirilən bombanın işə düşməsi nəticəsində 10 nəfər dinc sakinin həlak olduğunu, 6 nəfər vətəndaşın isə yaralandığını deyib.
Xəbəri paylaş
Facebook-da paylaş