Lənkəranda sürücü hadisə zamanı dünyasını dəyişib, 20 sərnişin yaralanıb .-FOTO

 DİN-in Mətbuat Xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ələmdar Ağayevin idarə etdiyi PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş əraziyə yollanıb. Müəyyən olunub ki, sürücü hadisə zamanı dünyasını dəyişib. Şöbə əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə tibbi yardımdan sonra evə buraxılıb.
Hadisəyə yoxuşu qalxarkən avtobusda qəfil yaranmış texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ehtimal olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}