Gürcüstanda son sutkada 676 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 676 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  257 632, ölənlərin sayı isə 3 159 nəfərə çatıb.

Virusa yoluxanlardan 248 537 nəfərin sağaldığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}