Gürcüstanda sutkada 5 450 nəfər koronavirusa yoluxub
Gürcüstanda ötən sutkada koronavirusa 5 450 yeni yoluxma faktı qeydə alınıb, 2 306 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 158 154-ə çatıb. Onların 129 210-u sağalıb, 1 462-si isə ölüb.
Hazırda karantin rejimində 1 325, stasionar nəzarətdə 6 671 nəfər saxlanılır. 4 067 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xəbəri paylaş
Facebook-da paylaş