Gürcüstanda son sutkada daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb
Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib. Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb.
Karantin rejimində 386, stasionar nəzarətdə 4 209 nəfər saxlanılır. 840 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.
Xəbəri paylaş
Facebook-da paylaş