Gürcüstanda son sutkada koronavirusdan 53 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 2 904 yeni yoluxma halı təsdiqlənib, 4 316 nəfər müalicə olunaraq sağalıb, 53 pasiyent isə vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan hazırkı dövrədək COVID-19-a 206 907 nəfər yoluxub ki, onların 175 842-si sağalıb, 2 055-i isə ölüb.
Karantin rejimində 465, stasionar nəzarətdə 6 553 nəfər saxlanılır. Xəstəliyi yüngül və ya simptomsuz keçirən 1 971 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xəbəri paylaş
Facebook-da paylaş