Əsas Səhifə > Dünya > Gürcüstanda son sutkada koronavirusdan 53 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 53 nəfər ölüb


19-12-2020, 20:42

 

Gürcüstanda ötən sutkada koronavirusa 2 904 yeni yoluxma halı təsdiqlənib, 4 316 nəfər müalicə olunaraq sağalıb, 53 pasiyent isə vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan hazırkı dövrədək COVID-19-a 206 907 nəfər yoluxub ki, onların 175 842-si sağalıb, 2 055-i isə ölüb.

Karantin rejimində 465, stasionar nəzarətdə 6 553 nəfər saxlanılır. Xəstəliyi yüngül və ya simptomsuz keçirən 1 971 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Geri qayıt