Gürcüstanda son sutkada 4 570 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb


 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 570 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.


Şəffaflıq.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 178 953, ölənlərin sayı isə 1 657 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 148 332 nəfərin sağaldığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}