Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb

 

Gürcüstanda 58 yaşlı şəxs yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı "stopcov.gov.ge" internet saytında bildirilib. 

Bununla da qonşu ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 9 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 589-a çatıb, yoluxanlardan 221-nin sağaldığı bildirilir. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}