Türkiyədə koronavirusla bağlı son vəziyyət

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 149 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 967 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6 018, ağır xəstələr isə 2 003 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 418 472 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 296 050 nəfər sağalıb, 24 789 nəfər isə ölüb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}