Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 174 nəfər ölüb.
Şəffaflıq.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 10 220 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10 301, ağır xəstələr isə 2 783 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 336 476 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 208 451 nəfər sağalıb, 22 4981 nəfər isə ölüb.
Xəbəri paylaş
Facebook-da paylaş