Türkiyədə koronavirusla bağlı son vəziyyət

 

Türkiyədə COVID-19-dan son sutkada 259 nəfər ölüb.


Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir.

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 259 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 650 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 861, ağır xəstə sayı isə 4901 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 082 610 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 901 307 nəfər sağalıb, 18 861 nəfər isə ölüb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}