Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb

 

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 174 nəfər ölüb.


Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 171 113 nəfər koronavirus testindən keçib, 6592 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 845 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə 105 nəfər artaraq 4816 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 481 198 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 191 nəfəri ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}