Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət23-12-2020, 22:37 |
Türkiyədə COVID-19-dan son sutkada 259 nəfər ölüb.Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir. Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 259 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 650 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 18 861, ağır xəstə sayı isə 4901 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 082 610 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 901 307 nəfər sağalıb, 18 861 nəfər isə ölüb. Geri qayıt |