Türkiyədə COVID-19-dan son sutkada 253 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.
Şəffaflıq.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 118 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 23 231, ağır xəstə sayı isə 4501 nəfər olub.
Nazir infeksıyaya yoluxma və ağır xəstə sayının azalmasını müsbət hal olaraq dəyərləndirib.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 133 373 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 994 034 nəfər sağalıb, 9624 nəfər isə ölüb.
Xəbəri paylaş
Facebook-da paylaş