Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.
Şəffaflıq.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 692 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 20 190, ağır xəstə sayı isə 4098 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 194 272 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 078 629 nəfər sağalıb, 20 642 nəfər isə ölüb.
Xəbəri paylaş
Facebook-da paylaş