Qızıl mədəni çöküb - Azı 50 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqində yerləşən “Detroyt” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb.
Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə aiddir.
Xəbəri paylaş
Facebook-da paylaş