U-23 dünya çempionatının qızıl medalçısı: Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu


"Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Birinci yaxşı başlamışdım, sonra o cəld olduğu üçün çox yoruldum. Amma qələbə qazandım".

Bunu "Report"a Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatının qızıl medalını qazanaraq Vətənə dönən Jalə Əliyeva deyib.

O yarışlarda dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Dünya çempionu olduğum üçün çox sevinirəm. Bu, mənim ilk uğurum olmasa da, ilk dəfədir dünya çempionu titulunu qazanıram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım".

J.Əliyeva gələcək planlarından da söz açıb:

"Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara hazırlaşmaqdır. Avropa, dünya çempionatları və Olimpiya oyunlarına hazırlaşmalıyam".

Qeyd edək ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}