İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib
Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Belə ki, əmrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bu vəzifəyə təyin edilib. Kərimov Elçin Vaqif oğlu isə sözügedən İdarəyə müdir vəzifəsinə gətirilib. Qeyd edilib ki, bundan əvvəl E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri olub. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.
Xəbəri paylaş
Facebook-da paylaş