Əsas Səhifə > Dünya > Qızıl mədəni çöküb - Azı 50 nəfər ölüb

Qızıl mədəni çöküb - Azı 50 nəfər ölüb


12-09-2020, 18:22

 

Konqo Demokratik Respublikasının şərqində yerləşən “Detroyt” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb.

Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə aiddir.

Geri qayıt