Vətən müharibəsindən sonra 170 min hektardan çox ərazi minalardan təmizlənib


Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər 170, 071.9 ha ərazi minalardan təmizlənib.

"Report" xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, bu müddət ərzində aşkar olunmuş piyada əleyhinə mina sayı 34 477-dir:

"Aşkar olunmuş tank əleyhinə mina 20 906, PHS 109, 544-dir. Minatəmizləmə əməliyyatına cəlb edilən cəmi resurslara gəlincə, 2 482 əməliyyat heyəti, 164 MAİ-lər və 85 minatəmizləyən maşınlar cəlb edilib. Bu ilin iş planına əsasən təmizlənən ərazi 60 530,7 ha-dır (onlardan 19 804,6 ha isə yaşayış ərazisi). Təmizləmə göstəricilərinin illik 65 min ha çatdırılması nəzərdə tutulur".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}