Macarıstanın MVM şirkəti Azərbaycanda filial açıb


Macarıstana məxsus “MVM Upstream Private Limited Company” (“MVM Group”un törəmə şirkəti) Azərbaycanda filial açıb.

Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Filial avqustun 30-da DVX-də qeydiyyatdan keçib. Filialın qanuni təmsilçisi Macarıstan vətəndaşı İstvan Nemetdir.

Xatırladaq ki, bu il iyunun 5-də “MVM Group”un "Cənub Qaz Dəhlizi" (CQD) QSC-dən “Şahdəniz” layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited”dən (AGSC) "South Caucasus Pipeline Company"də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralı şirkəti) % pay alması haqqında saziş imzalanıb. Sövdələşmə 2024-cü il avqustun 30-da yekunlaşıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), “NİKO” (10 %), “MVM Group” (5 %).

“Şahdəniz” yatağından qaz və kondensat hasilatına 2006-cı ilin dekabrında başlanılıb və hazırda hasilat “Mərhələ-1” çərçivəsində “Alfa” platformasından, “Mərhələ-2” çərçivəsində isə “Bravo” platformasından həyata keçirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}