Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin milli bayramı - Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Məktubda Sahibə Qafarova öz və Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib:

"Dövlətlərarası əlaqələrin bütün sahələrində olduğu kimi, parlamentlərarası əməkdaşlıq sahəsində də birliyimiz və həmrəyliyimiz uğurla davam edir. Belə bir əminlik ifadə olunur ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, səmərəli və fəal əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsi naminə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}