Çilinin ətraf mühit naziri COP29-da nümayəndə heyətinə rəhbərlik edəcək
Çilinin ətraf mühit naziri Maisa Roxas bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Çilinin Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomatik nümayəndəlikdən qeyd edilib ki, heyətin tərkibinə, həmçinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos da daxildir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş