Parlamentin sədri: Müxalifət 2020-ci il seçkilərinin ssenarisini təkrarlamağa hazırlaşır


Gürcüstan müxalifəti oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra inqilabi hərəkətlərə hazırlaşır.

Şəffaflıq.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili brifinqdə deyib.

“Müxalifətin seçkilərdən dərhal sonra inqilabi hərəkətlərə hazırlığının əlamətləri artıq bu gün özünü göstərir. Bu planın bir hissəsi seçkilərin qeyri-legitim elan edilməsi və yeni parlament seçkiləri keçirilənə qədər müvəqqəti hökumətin formalaşdırılmasıdır”, – o qeyd edib.

Spikerin sözlərinə görə, müxalifət 2020-ci ildə keçirilmiş parlament seçkilərinin ssenarisinin təkrarını hazırlayır, o zaman qeyri-hökumət təşkilatları tərəfindən səslərin hesablanmasında saxtakarlığa yol verilməsi nəticəsində müxalifət seçkiləri etibarsız elan etmişdi, lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bu çirkin maxinasiyanı sübut etməyə müvəffəq oldu.

"Biz bu ssenarinin təkrarlanmasına imkan verməyəcəyik", - Ş.Papuaşvili vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın “The Financial Times” nəşrində dərc olunmuş məqalədə parlament seçkilərindən sonra ölkədə qarşıdurmaların və iğtişaşların olacağı istisna edilmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}