Fransada bir gündə koronavirusdan 483 nəfər ölüb

 

Fransada koronavirus qurbanlarının miqdarı 28 mini ötüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bu, ötən günlə müqayisədə beş dəfə artıqdır. Şənbə günü ölkədə koronavirus qurbanlarının sayının 27 625 nəfər təşkil etdiyi bildirilirdi.

"Martın 1-dən biz COVID-lə bağlı 28 108 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir. Məlumata görə, ölkənin xəstəxanalarında ümumilikdə 17 466 insan ölüb. Qocalar evlərində 10 642 xəstə dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}