Dmitri Peskov və xanımı koronavirusa yoluxublar

 

Xəbər verildiyi kimi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “COVİD -19” virusuna yoluxub.

Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Peskovla bərabər, onun xanımı, fiqurlu konkisürmə üzrə keçmiş olimpiya çempionu Tatyana Navka da koronavirus infeksiyasına yoluxması səbəbindən xəstəxanaya aparılıb.

Xanım Navka “DailyStorm” saytına verdiyi müsahibədə həyat yoldaşının virusa işdə yaxalandığını söyləyib.

“Bütün ailə sərt təcrid şəraitində yaşayırdı. Yoldaşım isə bu müddət ərzində işə gedirdi. Burdan belə çıxır ki, virusa o, administrasiyada çalışanların birindən yoluxub”, - deyə o, bildirib.

Dmitri Peskovun xəstələnməsi ilə əlaqədar bütün gözlər dövlət başçısı Vladimir Putinə çevrilib.

Lakin TASS agentliyinin verdiyi məlumata əsasən, mətbuat katibi prezidentlə sonuncu dəfə canlı şəkildə 1 ay qabaq görüşüb. Bu müddət ərzində onların ünsiyyəti onlayn formatda həyata keçirilib.

Vladimir Putin hazırda Novo-Oqaryovodakı (Moskva vilayəti) rezidensiyasında qalır və dövləti buradan idarə edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}