Deputat: “Büdcədə neftin qiymətinə yenidən baxılacağı gözlənilir”


 

“2020 büdcəsində bir barell neftin qiyməti 55 dollar nəzərdə tutulub. Amma həm birinci rübün yekunları, həm də növbəti rübləri üçün neftin qiyməti 2020-ci ilin proqnozlaşdırdığından daha aşağı qiymətə olacağı gözlənilir”.

Şəffaflıq.az “Ölkə.Az”a istinadən bildirir ki, bunu  deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, Bloomberg də növbəti aylarda  neftin 20-30 dollar arasına qərarlaşacağını proqnozlaşdırır. “Bu baxımdan büdcəyə dəyişiklik olacaqsa neftin qiyməti nəzərə alınmaqla büdcənin gəlirlər hissəsi proqnozlaşdırılması həyata keçiriləcək. Bütün hallarda 2020-ci il dövlət büdcəsinə dəyişiklik və əlavələr edilməsi ilə bağlı qərar veriləcəksə, o zaman   neftin büdcədəki qiymətinə baxılacağı gözlənilir”- V. Bayramov bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}